14 Oktyabr 2014 13:03
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada cinayət törədən azərbaycanlıların tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olanlar Mehman Coqiyev və onun qardaşı Hacıyov tutulublar.

Oxşar əməliyyat Goranboy rayon Polis Şöbəsi əməkdaşları tərəfindən də keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Araz Əliyev tutulub.

Daha bir əməliyyatı Lənkəran polisi keçirib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ülfət Məmmədov saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər