Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Ehtiram Müzəffərlinin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu ilin iyunun 27-də Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qobu qəsəbə sakini Etiram Müzəffərli idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə yolu keçmək istəyən Fərhad Nuriyev və onun həyat yoldaşı Səbinə Əməşovanı vurub. Qəza zamanı hamilə qadın dünyasını dəyişib. Onun həyat yoldaşı ağır bədən xəsarətləri ilə 1saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 20-nə təyin edilib.
Hacı Zeynalov