2 Noyabr 2020 13:49
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon sakinlərindən qanunsus odlu silahlar və narkotik götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Astara rayon polis şöbəsinə müraciət edən Maşxan kənd sakini E.Məmmədov şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tərəfindən döyüldüyünü bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb və ondan lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Bundan başqa, rayonun Vəznəş kənd sakini R.Nəbiyev isə 9 qramdan artıq marixuananı satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq 9 qramdan artıq marixuana və yaşadığı evdən isə “İJ-18” markalı ov tüfəngi aşkar edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər