1 Dekabr 2020 11:50
2 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayobnunda arvadına dəfələrlə işgəncə verməkdə ittiham olunan Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Abdulla Liftiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Abdulla Liftiyev 2018-ci ilin noyabr ayının ortalarında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində arvadı Arzu Liftiyevi döyüb.

O, arvadına çənəaltı nahiyyəsinin səthi deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan bədən xəsarəti yetirib.

Bundan başqa, Abdulla Liftiyev ötən il yaşadıqları fərdi evdə yenidən arvadı Arzu Liftiyevi döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Abdulla Liftiyev sonuncu dəfə arvadını yenə döyüb, ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Abdulla Liftiyevin barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abdulla Liftiyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2011-ci ildə Arzu ilə ailə həyatı qurub: “Birgə nikahımızdan iki övladmız var. 2 ildir ailəmlə Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən fərdi yaşayış evində yaşayıram. 2019-cu il tarixdə birlikdə yaşadığımız evdə olan zaman arvadım məndən icazəsiz telefon işlətdiyi üçün aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşdiyim üçün Arzunu döydüm. Arzu yerə yıxıldı və xəsarət aldı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin hadisədən sonra Arzu atası Zərdabi ilə Lerik rayonuna gedib: “Təxminən 10 gün sonra evə qayıtdı. Növbəti dəfə, günorta saatlarında Arzu və uşaqlarım ilə birlikdə evdə olan zaman qaynatam Zərdabi bizə gəldi. Aramızda mübahisə yarandı. Bundan sonra Zərdabi barəmdə polisə şikayət etdiyini bildirdi və Arzunu uşaqları ilə birlikdə yaşadığı Lerik rayonuna apardı”.

Abdulla Liftiyev qeyd edib ki, o, arvadını cəmi bir dəfə döyüb, sonuncu dəfə arvadını döyməyib. O, əməlindən səmimi peşman olduğunu bildirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Arzu Liftiyev bildirib ki, Abdullanın başqa qadınlarla olan münasibətinə görə tez-tez aralarında mübahisələr baş verib. Onun sözlərinə görə, yaşadığı evdə Abdulla yumuruq və təpiklə onu döyüb: “Birinci dəfə məni döyəndə aldığım bədən xəsarətlərindən huşumu itirdim. Növbəti dəfə, təxminən saat 15:10 radələrində yaşadığım evdə olarkən Abdulla yenidən mənimlə mübahisə etdi və evdən getməyimi tələb etdi.

Abdullanın dedikləri ilə razı olmadığım üçün məni döyərək xəsarət yetirdi. Buna görə də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdin”.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Abdulla Liftiyev 9 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər