Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını vəsqatətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.
Cəlil Nəzərovun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Cəlil Nəzərovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallıda əməliyyat keçirib.
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.