27 Oktyabr 2014 16:39
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Neftçilər prospektində, Dənizkənarı Milli Parkın ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Saleh Həsənov Milli parkın ərazisində bıçaqlanıb.

Yaralı hadisə şahidləri tərəfindən dərhal 1saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər müayinə zamanı onun bədəninin müxtəlif nahiyyələrində bir neçə bıçaq yarası aşkar ediblər. Dərhal əməliyyat olunan Saleh Həsənovun həyatını xilas etmək mümkün olub.

39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bıçaqlanma hadisəsini törədən Emin Babaşov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər