8 İyun 2021 13:00
10 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eulcekcian Viken Abrahamla biz Beyrutdan Ermənistana gəldik və hoteldə yerləşdirildik. Daha sonra bizi Şuşadakı hotelə gətirdilər. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif eləmişdi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər, bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Eulcekcian Viken Abrahamın bu gün keçirilən məhkəməsində onun qeyri-rəsmi həyat yoldaşı Maral Nazaryan video ifadəsində bildirib.

O qeyd edib ki, Eulcekcian Viken Abrahamın Qarabağda döyüşməsinə etiraz edib. Nazaryan bildirib ki, Eulcekcian Viken Abrahama Ermənistan vətəndaşı olmadığını, bu səbəbdən gələcəkdə onların problemləri yaranacağını deyib: “Çünki biz yenidən Livana qayıtmaq istəyirdik. Amma pandemiyaya görə qalmışdıq. Biz müharibədən əvvəl Livana qayıtmaq istəsək də onun sənədləri düz olmadığı üçün buraxmadılar. Mən də Livana gedib bir müddət qalandan sonra Ermənistana qayıtmalı oldum”.

Onun sözlərinə görə, müharibə başlayanda Viken döyüşlərə gedib: “3-4 gündən sonra qayıtdı və dedi ki, azərbaycanlılar çox güclüdür, muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik”.

Maral Nazaryan söyləyib ki, noyabrın 10-da müharibənin bitdiyini eşidib: “Biz Şuşadakı hoteldən əşyalarımızı götürməyə gəldik, orada bizi Azərbaycan hərbçiləri tutdular”.

Hazırda proses davam edir.

12:13

***

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Eulcekcian Viken Abraham ittiham üzrə özünü təqsirli bilib.

Bundan sonra Eulcekcian Viken Abrahamın qeyri rəsmi nikahda olduğu həyat yoldaşının ifadəsinin videogörüntüsü nümayiş etdirilib. O, həmin videogörüntüdə verdiyi ifadəsinin detalları məlum olub.

Hazırda proses davam edir.

***

10:31

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutan iclasda prokuror ittiham aktını elan edir.

Prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

***

09:42

Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abrahamin cinayət işi üzrə bu gün növbəti məhkəmə iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin icraatında baxılacaq.

Prosesdə məhkəmə istintaqın başlanacağı gözlənilir.

Qeyd edək ki, mayın 25-də məhkəmənin hazırlıq iclası keçirilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə olunub.

Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə qarşı çoxsaylı təxribatlara əl atıb.

Belə ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib.

Bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

5 may 2021-ci ildə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər