Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumat görə, Gəncə şəhərində diş həkimi işləyən 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu dünyasını dəyişib
İlkin məlumata əsasən, sürücü idarə etdiyi "Mercedes"in sükanı arxasında ürək tutmasından dünyasını dəyişib.
Nəticədə avtomobil hasara çırpılıb.Hadisə yerinə Samux rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır