6 Noyabr 2014 09:40
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Oğuz rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Padar kəndində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər rayon sakini Ərəstun Mikayılovu döyüb və 140 manatını alıblar. Ərəstun Mikayılov hadisə ilə bağlı polis şöbəsinə şikayət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qəbələ rayon sakinləri Bilal İsmayılov və Ələddin Əsədov tutulublar. Saxlanılan şəxslərin hər iksi əvvəllər də məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər