6 Noyabr 2014 17:07
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dələduzluq etməkdə təqsirli bilinən qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin və 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində1970-ci il təvəllüdlü Bakı şəhər sakini Pərvanə Qarayeva tutulub.

Şübhəli bilinən qadın Bakı şəhər sakinləri – Ramin Verdiyevdən 2011-ci ildə 7000 manat, Xəyalə Haqverdiyevadan 2012-ci ildə 16000 ABŞ dollar alıb. O, aldığı pulları qatramayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər