26 Noyabr 2021 10:25
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaradağlı kənd sakini Cabbar Həsənov qanunsuz ov edərkən saxlanılıb.

Həmin şəxsdən qanunsuz olaraq ovladığı çöl heyvanları aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com