15 Dekabr 2021 10:35
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, həmçinin təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs olunmasını təklif edib.

İttihama görə, Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq zamanı onların çoxsaylı qanunsuz əməllərə yol vermələri müəyyən edilib.

İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər