19 Noyabr 2014 10:52
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdü Anar Paşayev ölümcül bıçaqlanıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, həmin gün bir qrup gənc arasında kütləvi dava baş verib. Dava zamanı Anar Paşayev bıçaqlanıb. Cinayəti törədənlər hadisə yerindən qaçıb. Anar Paşayev özünə gəlmədiyi üçün dindirmək mümkün olmayıb. Buna görə də cinayətin kimlər tərəfindən törədilməsi məlum deyil.

Hazırda polis əməkdaşlarından ibarət əmliyyat qrupu yaradılıb. Cinayəti törədən şəxslərin tutulması üçün əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən törədilməsi də məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər