Masallı rayonununda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmıtindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Xıl kəndində qeydə alınıb. Rayon sakini Əlizamin Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 25-30 yaşlı qadını vurub və həmin şəxs hadisə yerində ölüb.
Hacı Zeynalov