Şəmkir şəhərində qətl hadisəsi törədənlər tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk ediblər.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Laçın Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.
Hacı Zeynalov