12 May 2022 17:14
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayon Məhkəməsində sabir deputat Qalib Salahzadənin iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Qalib Salahzadənin bağ torpağı sahəsinin üzərinə həbs qoyması barədə müvəqqəti təminat tədbiri haqqında vəsatətinə məhkəmə prosesindən kənar ayrıca prosessual qaydada baxılıb.

İddiaçılar Salahzadə Qalib Aslan oğlu, Salahzadə Xatirə Allahşükür qızı, Salahzadə Zenfira Hacıbala qızı cavabdeh İbrahimov Ağasif Şakir oğluna (Gələcək Azərbaycan Partiyasının sədri) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər.

Müraciətdə bildirilir ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib. Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlər boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

Həmçinin sabiq deputat məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı, Quliyev Ziya Rəsul qızı və Quliyeva Zenfira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.

Vəsatət onunla əsaslandırılıb ki, Bilgəh sakini kimi Qalib Salahzadədə olan məlumata əsasən, Quliyevlərə məxsusluğu iddia olunan, barələrində müvafiq reyester çıxarışı olan torpaq sahələrinin özgəninkişləşdirilməsi üçün müəyyən tədbirlər görülür və bunlar baş tutacağı halda onların məhkəmə mübahisəsinin araşdırılmasına süni maneələr yaranacaq.

Hakim sabiq deputatın vəsatətini rədd edib.

Qalib Salahzadə qərardan yuxarı instansiyaya şikayət verəcəyini bildirib. Əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər