23 May 2022 20:14
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənclərlə polis nəfəri arasında baş vermiş hadisə nəticəsində həbs olunan şəxslərə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, 2021-ci ilin may ayında baş vermiş hadisə zamanı həbs olunmuş Ruslan Qurbanov, Tural Qurbanov və İlkin İsmayılov barəsində Novosibirsk məhkəməsinin qərarı elan olunub.

Ruslan Qurbanov 4 il 1 ay, İlkin İsmayılov 1 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər, Tural Qurbanov 30 min rubl məbləğində cərimə olunub. İlkin İsmayılov bu dövr ərzində həbsxanada saxlanması nəzərə alınaraq məhkəmə salonundan azadlığa buraxılıb.

Xatırladaq ki, hadisə 2021-ci il mayın 28-də baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobili saxlayan yol polisi əməkdaşları nəqliyyat vasitəsində olan gəncləri polis bölməsinə aparmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşlarından biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin baş nahiyəsindən güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Novosibirsk şəhərinin Mərkəzi rayonunun məhkəməsi yol polisi əməkdaşı, baş leytenant Aleksandr Qusyev barəsində həbs qətimkan tədbiri seçsə də, sonradan o, azadlığa buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər