31 May 14:04
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hər iki təqsirləndirilən şəxslərin vəkillərinin vəsatəti təmin edilib.

Vahid İsayev və Rəşad Şükürovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tutulub.

Vahid İsayev və Rəşad Şükürov Göyçay rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilir.


Müəllif: Hacı Zeynalov