24 İyun 2022 09:31
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailələrinə qarşı dələduzluqda ittiham olunan Fərid Abdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Ittihama görə, vətəndaşlar Ülkər Əsədova, Kəmalə İsmayılova və Ellan Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edib. Onlar Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Vətəndaşların şikayətləri araşdırılmış və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

Müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

Fərid Abdinov şəhid ailələrini aldadaraq, onlardan pul alması müəyyən edilib.

Şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alıb, onların külli miqdar vəsaitlərini ələ keçirib.

Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edib, bir vətəndaşdan 18000 manat alıb.


Müəllif: Hacı Zeynalov