8 Dekabr 2014 22:00
2 994
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində polis məktəbli qızın vəhşicəsinə döyülməsi faktı ilə bağlı araşdırma aparır.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qızı döyənlər – 11-ci sinif şagirdlərinə qarşı Rusiya CM-in 112-ci maddəsi ilə (sağlamlığa qəsdən orta dərəcəli zərər vurma) cinayət işi qaldırılıb.
Polisin araşdırması nəticəsində məlum olub ki, keçmiş sinif yoldaşları dalaşıblar və onlardna biri digərinin üzərinə zərbə vurub.
Həkimlər döyülən qızın çənəsinin sındığını aşkarlayıblar. Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, sağlamlığa orta dərəcəli zərər vurulduğu müəyyənləşdirilib.
İndi yetkinlik yaşına çatmayan qız profilaktik uçota dayanmalıdır. Onu üç ilədək həbs cəzası gözləyir.


Müəllif:

Oxşar xəbərlər