9 Dekabr 2014 13:48
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə həmkəndlisini qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 8-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində Mehman Rüstəmovun yaşadığı evə gəlmiş həmkəndlisi Fikrət Məhərrəmov münaqişə zəminində ona və onun arvadı Təranəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. M.Rüstəmov hadisə yerində ölüb, Təranənin vəziyyəti qənaətbəxşdir.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov Hindarx kəndinin ərazisində tutulub.


Müəllif:

Oxşar xəbərlər