Bakının Qaradağ rayonunda oğurluq edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Cavid Rufullayev, 1991-ci il təvəllüdlü Kamil Bəyəliyev və 1974-cü il təvəllüdlü Roman Ömərov tutulublar.
Mütəşəkkil dəstənin üzvləri noyabrın 25-də səhər saatlarında Korgöz qəsəbəsindəki daş karxanasında Fərman İmanova məxsus 5 ədəd “Şaqman” markalı avtomobil təkərlərini oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov