Bakının Qaradağ rayonunda qardaşının evindən oğurluq edən şəxsdən narkotik vasitə götürülüb.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, dekabrın 18-də Sahil qəsəbəsi V.Ələkbərov küçəsində Ramin İmanova məxsus mənzildən planşet, xalça-palaz oğurlanıb. Ramin İmanov oğurluq hadisəsinin baş verməsi ilə bağlı 38-ci polis bölməsinə müraciət edib.
Onun müraciəti əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxs müəyyən edilib. Cinayəti zərərçəkənin qardaşı Elman İmanov tərəfindən törədilməsi üzə çıxıb. O, şübhəli şəxs qismində saxlanılıb. Şübhəli şəxsin üzərindən 6,9 qram həşiş qətranı aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov