22 Dekabr 2014 16:15
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində daş karxanasında qətl hadisəsi törətməkdə təqsirli bilinən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da orada ölüb, Qabil Həsənova tibbi yardım göstərilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Nurəddin Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 25-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər