26 Dekabr 2014 23:58
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda baş verən yol qəzasında çoxlu sayda xırda buynuzlu heyvan tələf olub.

Teleqraf.com-un məlumata görə, axşam saat 20.00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 11-ci kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Bakı şəhərində məskunlaşan Füzuli rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədov Xəqani Yaşar oğlu idarə etdiyi “Mersedes” markalı 90 DH 683 dövlət nömrə nişanlı avtomobillə yolu keçən qoyun sürüsünü vurub.

Nəticədə Qaragüney kənd sakini Abdullayev Orucəliyə məxsus 17 qoyun tələf olub və daha 10 qoyun yaralanıb. Heyvan sahibinə 4 min manatdan çox maddi ziyan dəyib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər