27 Dekabr 2014 23:45
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə 1 nəfərin ölümü 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə axşam saatlarında Bakı – Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. 09 BL 689 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə Kürdəmir rayon sakini Kərimov Fikrət Sidqəli oğlunun idarə etdiyi 10 TY 306 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik maşını toqquşub.

Nəticədə VAZ markalı maşının sürücüsü hadisə yerində ölüb. Sərnişini isə Kürdəmir rayon sakini 35 yaşlı Şirəliyev Aqil Kərim oğlu müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.


Müəllif: