18 Mart 2023 11:23
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda polis əməkdaşı qəza törədib.

Teleqraf.com xəbər verir ki, hadisə Gülövşə kəndi yaxınlığından keçən magistral yolda baş verib.

"VAZ-21099" və "VAZ-21012" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21099"da olan 1994-cü il təvəllüdlü Quliyev Zahid Minas oğlu və 2004-cü il təvəllüdlü Quliyev İsmayıl Sədrəddin oğlu aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Əldə olunan ilkin məlumata görə, hadisənin baş verməsinə səbəb olan "VAZ 21012" markalı maşının sükanı arxasında Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin Rövşən adlı əməkdaşı olub.

Qəza törədən polis serjantının sabiq polis əməkdaşının oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com