5 Yanvar 2015 10:33
8 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda şadlıq saraylarından birindən oğurluq hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini İmran Qafarov tutulub. İmran Qafarov White Palace şadlıq sarayında ofisiant işləyib.

Onun işlədiyi şadlıq sarayında keçirilən toy mərasimi zamanı oğurluq etməsi üzə çıxıb. Belə ki, İmran Qafarov White Palace şadlıq sarayında Teymur Səfərovun toy mərasimində pul salınması üçün nəzərdə tutulmuş qutudan 2900 manat və 300 ABŞ dollarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: