11 Yanvar 2015 04:46
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1953-cü il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Raqaçova Yelizaveta Nikolayevna huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E. Raqaçovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər