14 Yanvar 2015 12:52
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda quldurluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 39 yalı Aynurə Rüstəmovanın yaşadığı evə maskalı şəxslər basqın edib. Basqın edən şəxslər Aynurə Rüstəmovanı döyərək 500 manatını alıblar.


Qadın quldurluqla üzləşməsi ilə bağlı polisə məlumat verib. Keçirilən əməliyyat nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əsgər Əsgərov və Hatəm Bağırov tutulublar.

Hacı Zeynalov


Müəllif: