Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonunun 7-ci mikrorayon ərazisində qeydə alınıb. 1981-cı il təvəllüdlü Emin İmanov yaşadığı mənzildə odlu silahdan atəş açaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov