Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığı məlum olub.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev Vaqif Xaçaturyanın ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib.
Elan olunan ifadədən məlum olur ki, o, Badara kənd sakinləri olan erməni əsilli şəxslərin Meşəli faciəsində iştirak etdiyini deyib. Həmçinin əvvələr silahlı qruplaşmanın tərkibində iştirak etdiyini etiraf edib, Fərrux dağında postda olduğunu qeyd edib.
Prokurorun "Azərbaycan ərazisində, Fərrux dağında postda kimlərdən qorunurduz" sualına özlərini müdafiə etmək üçün postlarda olduğunu bildirib.
Daha sonra dindirilmə zamanı Vaqif Xaçaturyan silahlı olduğunu deyib.
***
11:52
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəmədə təmsil olunan prokurorların suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, sualları cavablandıran təqsirləndirilən şəxs hadisələr cərəyan edən vaxt Xocalının Badara kəndində yaşayıb, sürücü işlədiyini deyib.
O bildirib ki, guya onun həmin dövrdə heç bir silahı olmayıb. Meşəli kəndində hadisələr baş verən zaman o, Badara kəndində evində olub.
Prokurorun "Meşəli kəndində faciəli hadisələrin baş verməsini kimlərdənsə eşidibsiz?" sualına belə cavab verib: "Həmin vaxt silah səsləri eşitmişəm, amma kimsə bu barədə mənə heç bir söz deməyib".
Onun sözlərinə görə, hadisələr haqqında ona Sərkisyan Ernist danışıb: "Bu hadisəni törədən və mənə məlum olan şəxslərin çoxu ölüb, qalanlar isə Ermənistana qaçıblar".
Xankəndidə saxlanılan Məmməd Kazımov və Zakir Novruzovu Meşəli kəndinin sakinləri kimi tanıyıb. İşgəncə görən Nurməmmədov İbrahimi də tanıyıb, həmin şəxs onun qardaşının kirvəsi olub.
Daha sonra zərərçəkmiş Nurməmmədov İbrahim Vaqif Xaçaturyana suallar verib.
Vaqif Xaçaturyan vəkilinin suallarını da cavablandırıb.
O, zərərçəkmişlərin bəzilərini tanıdığını, onların kənd sakinləri olduğunu deyib.
***
11:38
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəməsində maddələr elan edilib.
Teleqraf.com xəbər verir ki, Vaqif Xaçaturyanı ittiham olunduğu maddələr üzrə 14 ildən 20 ilədək və ya ömürlük cəza nəzərdə tutulur.
Bu barədə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev açıqlayıb. Hakim verilmiş ittihamın Vaqif Xaçaturyana aydın olub-olmadığını soruşub. Vaqif Xaçaturyan təsdiq cavabı verib. O, özünü günahkar hesab etməyib.
Daha sonra hakim tərəflərdən sübutların araşdırılması mərhələsinə başlamağa münasibət soruşub. Prokuror Cövdət Mehraliyev əvvəl təqsirləndirilən şəxsin, sonra şahid və zərərçəkmişlərin dindirilməsini istəyib. Vəkili də təkliflə razılaşıb. Zərərçəkmişlərin biri deyib ki, faciə baş verən zaman onun 16 yaşı olub. O deyib ki, bu şəxs insanları dəhşətli işgəncələrlə öldürüb.
Zərərçəkmişlər ona ömürlük cəza verilməsini istəyiblər .
Daha sonra məhkəmə təqsirləndirilən şəxsin dindirilməsi ilə məhkəmənin başlanması barədə qərar qəbul edilib.
Hazırda Vaqif Xaçaturyan ifadə verir.
O, heç bir döyüşlərdə iştirak etmədiyini deyib.
***
11:27
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəməsində prokurorun ittiham aktını elanı davam edir.
Teleqraf.com xəbər verir ki, baş prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sultanov ittiham aktını açıqlayır.
İttihama görə, 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub, onları erməni dilində nalayiq sözlərlə təhqir edib, azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.
Bu məqsədlə həmin şəxslərə o, yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub, döyüb, Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib, bıçaq nümayiş etdirərək "sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz" deyib.
Vaqif Xaçaturyan Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub. Zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçaturyanın ünvanına nalayiq sözlər işlədib. Vaqif Xaçaturyan əlindəki bıçaqla ona müxtəlif xəsarətlər yetirib, "qoy it kimi canın çıxanadək qanın axsın" sözlərini işlədib.
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımın iştirakçısı kimi həbs edilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə 59 nəfər zərərçəkən kimi tanınıb.
Zərçəkmişlərdən biri Xudayarova Sürəyya Alış qızıdır. O, Xocalının Meşəli kəndindəndir. Heç kimə rəhm etməyən erməni separatçıları kəndin ən yaşlı sakini olaraq onu da qətlə yetiriblər. Həmin vaxt Sürəyya Xudayarova 80 yaşında olub.
14 yaşlı, 7-ci sinif şagirdi Allahverdiyev Vidadi Müsül oğlu isə məktəbin içində yandırılıb.
Vaqif Xaçaturyan və onunla birlikdə olan mütəşəkkil dəstənin üzvləri Xocalının Meşəli kəndində Kazımov Xəlil Mahmud oğlu, Quliyev Mətləb Qənimət oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əbi oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Əzimov Tahir Eyyub, Nurməmmədov Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, İbadullayev Nadir Nəbi oğlu, Novruzova Rübabə Novruz qızı, Mehralıyev Əli Mürsəl oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hümbətov Bəhlul Müseyib oğlu, Novruzova Rahilə Novruz qızını amansızlıqla qətlə yetiriblər.
Meşəli kəndində erməni terroçuları ilə döyüşdə şəhid olan vətəndaşlarımız da var. Onlardan biri Eyyubov Kamil Baba oğludur. O, 1991-ci ildə Milli Orduya ilk üzv yazılan gənclərdən biri olub. Kamil Eyyubov həmin il dekabrın 20-də Əsgəran rayonunun Meşəli kəndinə göndərilib.
Dekabrın 23-də səhər saatlarında ermənilərlə ordunun 10 əsgəri və kənd sakinləri arasında ölüm-dirim savaşında iştirak edib. Kamil döyüş meydanında bir neçə ermənini öldürüb və bu zaman düşmən tərəfindən pulemyot atəşinə tutulub, nəticədə ağır yaralanıb. Yaralı əsgəri həkimə çatdırsalar da, xeyli qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb və şəhidlik zirvəsinə ucalıb.
Milli Qəhraman Ağayev Faiq Alış oğlu da 1991-ci il 23 dekabrında Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalıb. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirib. Bu zaman azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışıb. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq də onlardan biri olub. O, dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlarını məhv edib.
Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etməyə nail olub.
Milli Qəhraman Rüstəmov Hidayət Eldar oğlu 23 dekabr 1991-ci ildə Meşəlidə şəhidlik zirvəsinə ucalıb. Həmin gün Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədən erməni quldurları ilə döyüşmək üçün boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə terroçuların xeyli qüvvəsini məhv edib. Erməni faşistləri evə od vurub. Azərbaycan döyüşçüsü isə son nəfəsinə qədər vuruşub və qəhrəmancasına həlak olub.
***
10:56
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin məhkəməsində prokurorun ittiham aktını elan edir.
Teleqraf.com xəbər verir ki, baş prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sultanov elan etdiyi ittihamda Vaqif Xaçaturyan birlikdə qətliam törətdiyi cinayətkar dəstənin üzvləri açıqlanıb.
Hazırda məhkəməsi keçirilən Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14 nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adları məlum olub.
Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic, Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Žina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikovic, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglarovic, Avakyan Artur Vartanoviç, Sarkisyan Surik Armaisoviç, Verdi Allahverdiyan, Vilen Verdiyan, Qrişa Magişoviç Slavik Ardemovi, Qavruşa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən ibarət yaradılmış Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı harbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər.
Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə azərbaycanlı və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli layaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönəlinın hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döyməyə, nalayiq sözlərlə təhqir etməyə, öldürməklə hədələməyə əmlaklarını məhv etməyə və onların fiziki məhvinə yönəlmiş digər yaşayış yaratmağa başlayıblar.
***
10:26
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin vəkili məhkəməyə ərizə verib.
Teleqraf.com xəbər verir ki, o, səhhətində yaranan problemlərlə bağlı xaricdə müalicə almağa gedir.
Hakim deyib ki, yeni vəkil Radmina Abdulova təyin olub. Yeni vəkil işlə tanış olub.
Xaçaturyan yeni vəkiln iştirakına etiraz etməyib. Bildirib ki, bundan əvvəlki vəkil Natiq Bəybalayevdən imtina edir. Bununla bağlı məhkəməyə ərizə təqdim edib. Buna görə də vəkil Natiq Bəybalayevin vəkil kimi fəaliyyətinə xitam verilib.
***
10:10
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir. Prosesə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Prokuror ittiham aktını oxuyur.
Qeyd edək ki, ittihamı Baş Prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sultanov və dövlət ittihamı idarəsini prokuroru Cövdət Mehrəliyev müdafiə edir.
Təqsirləndirilən şəxsin hüquqlarını Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev qoruyur.
Təqsirləndirilən Vaqif Xaçaturyan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilində tərcümə edir.
Zərərçəkmiş Xocalı rayon icra hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.
Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.
Hazırda proses davam edir.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
***
07:55
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin bu gün məhkəmə baxışı başlanacaq.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Məhkəmə baxışının saat 10.00-da başlanacağı gözlənilir. Prosesin əvvəlində prokuror ittiham aktını elan edəcək.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Xudayarova Sürəyya Alış qızı, Zeynalov Məhəmməd Addıxan oğlu, Mehrəliyeva Elnarə Çərkəz qızı, Kazımov Xəlil Mahmud oğlu, Eyyubov Kamil Baba oğlu, Kazımov Ramil İbrahim oğlu, Rəcəbov Nemət Kamal oğlu, Salmanov Teymur Rəfi oğlu, Quliyev Mətləb Qənimət oğlu, Kazımov Səfa Xəlil oğlu, Ağayev Faiq Alış oğlu, Mehralıyev Amil Əli oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əli oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Cəbiyev Qərib Nemət oğlu, Mehralıyeva Ziba Məmməd qızı, Rəcəbov Kamran Kamal oğlu, Əzizova Elmira Məhəmməd qızı, Əkbərov Nadir Həsənbala oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Nurməmmədov Zahid Mirzə oğlu, Nurməmmədov İbrahim Hüseyn oğlu, Behbudov Behbud Hacı oğlu, Məmmədov Təmraz Heybət oğlu, Salmanov Eldar Rəfi oğlu, Novrizov Zakir Novruz oğlu, Novruzova Adilə Məhəmməd qızı, Sadıqov Ramil Ramiz oğlu, Qasımova Nübar Məhəmməd qızı, Əzimov Tahir Eyyub oğlu, Qonaqov Musa Mirzağa oğlu, Səfərəliyev Zakir Qadeş oğlu, Behbudov Əli Məhəmmədəli oğlu, Mehrəliyeva Firuzə Rza qızı, Nurməmmədova Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, Hacıyev Fazil Həsən oğlu, Allahverdiyev Vidadi Müsül oğlu, Allahverdiyeva Ayşən Murad qızı, İbadullayev Nadir Nəbi oğlu, Mehrəliyeva Firuzə İsmayıl qızı, Novruzova Rübabə Novruz qızı, Hüseynov Çingiz Xanəhməd oğlu, İbadullayev Elşən İsmayıl oğlu, Alışov Alış Musa oğlu, Rəhimova Bəyim Oqtay qızı, Hacıyev Sadiq Həsən oğlu, Kazımov Məmməd İslam oğlu, Hacıyev Bayram Həsən oğlu, Salmanov Nurəddin Yekafi oğlu, Mehrəliyev Əli Mürsəl oğlu, Rəhimov Salman Oqtay oğlu, Salmanov Ədalət Yekafi oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hembətov Bəhlul Müseyb oğlu, Novruzova Rahilə Novruz qızı, Rüstəmov Hidayət Eldar oğludur.
Həmçinin Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.