19 Yanvar 2015 14:38
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda mağazadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini Gülşad Nəbiyev tutulub.

Gülşad Nəbiyev yanvarın 17-də Qismət Babayevə məxsus mağazadan 150 manat və spirtli işki oğurlayıb.

Hacı Zeynalov


Müəllif: