8 Dekabr 2023 11:54
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesin əvvəlində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Hərbi Prokurorluğun dövlət ittihamı idarəsini prokuroru Elnur Kərimov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakimlər prokurora işlə tanış olmaq üçün vaxt veriblər.

Bundan sonra prosesə sədrlik edən hakim Rafiq Abbasov bildirib ki, dekabrın 10-da təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti bitir. Hakim bu məsələyə tərəflərin fikirlərini soruşub.

Prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət verib.

Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki, müvəkkili dəymiş ziyanın qismən hissəsini ödəyib. O, ziyanın ödənilməsi və ailə vəziyyətin nəzərə alınmasını, onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil həmçin deyib ki, təqsirləndirilən şəxsin övladı onkoloji xəstəlikdən əziyyət çəkir. O, bunun da nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən şəxs də deyib ki, həbs olunmasaydı ziyanı tam ödəyə bilərdi. O da barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin xahiş edib.

Müşavirə keçirən hakim heyəti prokurorun vəsarətini təmin edib. Rəşad Məlikzadənin barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti dekabrın 18-ə qədər uzadılıb.

Məhkəmənin hazırlıq iclası dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
İttihama görə, Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər