23 Yanvar 2015 13:07
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anası, Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı Səyyarə Sadıxovanın corabının içərisində gizlədilmiş, daxilində “Cin”danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Allahverdi Sadıxov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər