27 Yanvar 2015 16:04
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda qanunsuz ov edilməsinin qarşısının alınması ilə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Biləsuvar rayonunun ərazisində qanunsuz ov etdiyi üçün Xırmandalı kənd sakini Əli Kazımov saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-58” markalı tüfəng və 32 ədəd patron götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər