28 Yanvar 2015 12:42
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda kafedə partlayış olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə kafenin pəncərə şüşələri sınıb, orada təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hacı Zeynalov


Müəllif: