Beyləqan rayonunda 1981-ci il təvəllüdlü Mehdi fermada Sevdaya (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mehdi 24 iyul 2022-ci ildə saat 15 radələrində Beyləqan rayonunun kəndində özünə məxsus xırdabuynuzlu heyvan və ev quşlarının saxlandığı fermada şifahi razılaşma əsasında çoban işləyən Səlimin qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Sevdanın toyuqlar saxlanana yardımçı tikilidə tək olduğunu görüb.
O, Səlimin ferma ərazisində olmadığını fürsət bilərək yardımçı tikiliyə daxil olub və Sevdaya qarşı iyrənc seksual xarakterli hərəkətlər etməyi təklif edib.
Təklifi rədd edən qadına fiziki zor göstərib, əyində olan paltarlarını soyunub, Sevdadan dizi üstə yerə oturmağı tələb edib. Sevda etiraz edərək ağzını açmayıb, onun iyrənc tələbindən imtina edərək qışqırıb, əl-qol ataraq yardımçı tikilidən çıxmağa çalışıb. Mehdi zor tətbiq etməklə əli ilə Sevdanın yanaqlarını sıxıb, iyrənc seksual xarakterli hərəkətlər edib, cinsi ehtirasını pozğun formada təmin edib.
Sevda Mehdinin növbəti seksual xarakterli zorakılıq hərəkətlərinin qarşısını almaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsinə zərbə vurub. Sonra yardımçı tikilidən qaçaraq çıxıb. İtlərin yal qabını götürərək yolun kənarında dayanmış Mehdiyə məxsus “VAZ-2101” markalı avtomobilin ön şüşəsinə çırpıb.
Mehdi həmin gün saat 18 radələrində Sevdanın bir qədər əvvəl ona xəsarət yetirdiyi bıçağı götürmək məqsədilə fermaya gəlib. O, yardımçı tikiliyə daxil olanda gözlənilmədən Sevda qarşısına çıxıb. O, Sevda ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Sevda yenə də etiraz etdikdə onun iradəsinə zidd cinsi əlaqədə olmaq və təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib. Sevdanın üzərinə hücum edərək müqavimətini qırmaq üçün zor tətbiq edib. Qadlnln saçlarından tutaraq məcburi surətdə kürəyi üstə yerə yıxaraq özü də onun üstünə uzanıb. Əvvəlcə Sevdanın əyində olan paltarını zorla çıxarıb, daha sonra özü soyunub.
Sevda onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol atıb. Mehdi onun müqavimətini qırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib.
Bununla kifayətlənməyən Mehdi cinsi ehtirasını təmin etmək məqsədilə fiziki zor tətbiq etməklə Sevda ilə təbii yolla da cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələri ilə ittiham elan edilib.
“Borcu 300 manatadək artdı”
“Mənə videolarını göstərirdi”
Mehdinin sözlərinə görə, həmin ərəfələrdə fermaya gedərkən Səlimin yoldaşı Sevda onunla yaxınlıq etmək istəyib: “Gah mənə yaxınlaşdı, gah öz çılpaq videolarını, əri ilə cinsi əlaqədə olduqları vaxt çəkdiyi videoları mənə göstərirdi. Amma qadının təkliflərini rədd edirdim, ona yaxınlıq vermirdim. Hətta yoldaşıma da bildirdim ki, Sevda məni şərləyəcək.
Hadisə olan günü, yəni iyulun 24-də günorta saatlarında fermaya getdim, itlərə yem verdim. Fermada toyuq da saxlayırdım. Səlimgil gəldikdən sonra toyuqların yumurtaları azalmışdı. Səbəbi soruşduqda heç nə cavab vermirdilər.
Toyuqların yumurtalarına baxmaq üçün hinə girdim. Az sonra Sevda da gəldi, mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi, əlini ayıb yerimə atdı. Oral sekslə məşğul olmaq istədiyini dedi. Lakin mən razılaşmadım”.
“Başıma oyun açacağı ilə hədələdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, Sevdanın cinsi əlaqədə olmaq istəməsindən imtina edib və onun başından itələyib:
“Sevda arxaya getdi, cibindən bıçaq çıxararaq mənə tərəf atdı. Bıçaq qarnıma dəydi. Sonra oradan çıxaraq getdi. Gedəndə başıma oyun açacağı ilə hədələdi. Mən də fermadan çıxdım. Sevdanın tapşırdığı qənd, çay və digər ərzaq məhsullarını aldım, fermanın yaxınlığında olan kafeyə gəldim. Ərzağı orada işləyən ofisinata verdim və fermaya aparmasını xahiş etdim.
Çox hallarda aldıqlarımı fermaya göndərir, fermada olan asılqandan asmağı xahiş edirdim. Həmin oğlan o gün də ərzaqları apararaq fermada olan asılqandan asıb geri qayıtdı. Daha sonra Rasim adlı şəxslə görüşdüm. Kənddə olan torpaq sahəsini almaq istədiyim üçün həmin sahəyə baxmağa getdik. Bu vaxt mənə zəng gəldi və fermada yanğın olduğu deyildi. Buna görə tələsik fermaya qayıtdım.
Dərhal Səlimə zəng etdim. Mən gələndən sonra Səlim də gəldi. Orada bildim ki, Sevda Daxili İşlər Nazirliyinin 102 zidmətinə zəng edərək onu zorlamağım barədə şikayət edib”.
“Cinsi əlaqədə olmamışam”
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Sevda onunla yaxınlıq etmək istəməsi barədə heç kimə deməyib, yalnız yoldaşına Sevdanın onu şərləmək istədiyini bildirib:
“Bu şeyləri bildiyim halda Səlimin mənə borcu olduğu üçün onları fermadan çıxara bilməmişəm. Sevda mənə bıçaq ataraq qaçıb. Onun mənə xəsarət yetirməsinin səbəbini bilmirəm. Bu iş qurulma işdir. Yəqin Sevdanı yoldaşı öyrədib. Səlimgil bu işlə məşğul olub, müxtəlif fermalarda işləyərək adamları bu xarakterli şikayətlərlə şərləyiblər.
Səlimlə Sevdanın ər-arvad olduqlarını bilmişəm, amma həyat yoldaşının mənə belə təkliflər etməsini ona deməmişəm. Hadisə günü fermaya gəlib itləri yemlədim. Bu zaman qadın yanıma gəldi, hamamdan təzə çıxdığını dedi. Mənimlə görüşmək istədiyini bildirdi. Mən istəmədiyimi dedikdə, qadın ətrafımda bir neçə dəqiqə fırlandı.
Mən fermada olan uşağı da heç vaxt vurmamışam, ona xəsarət yetirməmişəm. Bəzi vaxtlarda fermaya gedərkən uşağa konfet, saqqız almışam. Sevdaya əxlaqsız intim təkliflər etməmişəm, onunla qeyri-təbii və ya təbii yolla cinsi əlaqədə olmamışam. Hadisədən sonra Sevdanı görməmişəm. Sevdanın hadisə vaxtı yox, hadisədən sonra polisə şikayət etməsinin səbəbini bilmirəm”.
“Mənə qarşı əxlaqsız hərəkətlər etdi”
İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, tarixi dəqiq yadında qalmayan gün Mehdi də ora gəlib: “Mehdi hər gün gəlib heyvanlara yem verib-vermədiyimizi soruşurdu. Yenə də fermaya gəldi və heyvanlara baxdıqdan sonra gülləri sulamağa başladı. Mənə baxaraq göz vurdu. Əvvəllər də mənə baxır, pis-pis videoların səsini mənə eşitdirirdi. Buna görə ona irad da bildirmişəm. Özünü yığışdırmağı tələb etmişəm. Videolara baxanda bir dəfə yoldaşım Səlim də görmüşdü. Lakin heç nə deməmişdi.
Həmin gün oğlum da həyətdə idi. Toyuq hininə yumurtaları yığmağa getdim, oğlumun da arxamca gəlməyini istədim. Hinə girdikdən az sonra Mehdi hinə girib qapını bağladı. Sonra mənim üzərimə gəldi. Məndən xoşu gəldiyini, yoldaşının aylardır onunla oturub-durmadığını, buna görə məni istədiyini dedi. Ona evli olduğumu, yoldaşım və uşağımın olduğunu dedim.
Mehdi yenə üstümə gəldi, şalvarını dizinə kimi çəkdi. Qapını bağladığından qaça bilmədim. Məni tutmuşdu deyə ona gücüm çatmadı. “Neynirsən, burax” deyə qışqırsam da, buraxmadı. Məndən dizlərim üstə durmağımı tələb etdi, bunu etmədim. Mehdi saçımdan tutaraq dartdı, diz üstə durmağa məcbur etdi. Əlindən qaça bilmədiyim üçün dizi üstə çökdüm. Zorla mənə qarşı iyrənc, əxlaqsız hərəkət etdi.
Bu vaxt yoldaşımın mənə verdiyi bıçağı cibimdən çıxardım və Mehdinin qarın nahiyəsinə vurdum. Mehdi geri çəkildi. Hindən çıxaraq çöldə ağlayan uşağımı götürdüm və fermadan uzaqlaşdım. Mehdinin çöldə dayanmış avtomobilinin şüşəsinə qabı çırpıb oradan getdim”.
“Mehdi dalımca düşdü”
Zərərçəkmiş qeyd edib ki, yaxınlıqda olan ferma istiqamətinə gedib və çöldə bir kişi ilə rastlaşıb: “Ondan yoldaşıma zəng etmək üçün mobil telefonunu istədim. O, kontrunun olmadığını dedi. Bir qədər də irəli getdim. Mehdi arxamca gəlirdi. Maşına oturmağımı tələb etdikdə məndən əl çəkməyi tələb etdim, o da maşını sürüb getdi.
Bir qədər irəli getdikdə, yenə qarşıma bir ferma çıxdı. Çöldə bir kişi və bir uşaq gördüm. Yoldaşıma zəng etmək üçün telefonunu istədikdə o da kontrunun olmadığını dedi. Bu vaxt evdən bir qadın çıxdı. Ona Mehdinin məni evə qoymadığını, dalımca düşdüyünü dedim. Qadın yoldaşımın nə vaxt evə gələcəyini soruşdu. Saat 6-7-də yoldaşımın fermaya qayıdacağını dedim. Qadın onlarda qalaraq gözləməyimi təklif etdi, mən də razılaşdım.
Sonra gördüm, evin sahibi olan kişinin mobil telefonuna Mehdidən zəng gəldi, nəsə dedi. Kişi mənə yaxınlaşaraq Mehdinin hərəkətləri barədə heç kimə deməməyi, şikayət etməməyi xahiş elədi. Mən isə şikayət edəcəyimi bildirdim. Kişi daha heç nə demədi”.
“Fermanı yandırdı”
Sevdanın ifadəsinə görə, həmin evdə saat 6-dək oturub, sonra Mehdinin fermasına qayıdıb: “Bıçağı götürmək üçün yenə fermaya girdim. Qaranlıq olduğundan heç kimi görmədim. Birdən Mehdi qarşıma çıxdı. Yenə məndən xoşu gəldiyini dedi, üstümə gəldi. Etiraz etməyimə baxmayaraq şalvarını aşağı çəkdi. Məni də soyundurmağa çalışdı. Etiraz etdikdə “sənin kişin kişi deyil, mən səni pula basdıraram” kimi sözlər dedi.
Etirazlarıma baxmayaraq Mehdi məni soyundurdu. Mənə qarşı seksual hərkətlər etdi, sonra heç nə olmamış kimi gülə-gülə getdi. Dərhal oğlumu da götürərək fermadan çıxdım. Yolun kənarında özümdən getdim. Camaat mənə su verdi, kömək etdi. Yoldaşım da ora gəldi. Az sonra fermanın yandığını gördüm. Fikirləşdim ki, Mehdi elədiyi cinayətin izlərini itirmək üçün fermanı yandırıb. Bu barədə Mehdinin qardaşı, bacısı da etiraf edib.
Bundan sonra hadisə barədə yoldaşıma dedim. Yoldaşım Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə şikayət etdi. Sonra polis şöbəsinə gedərək şikayət ərizəsi yazdım”.
“Pul istəməmişəm və almamışam”
İş üzrə şahid qismində ifadə verən Səlimin sözlərinə görə, hadisə vaxtı qoyun otarmaq üçün fermadan kənarda olub: “Təxminən saat səkkizə işləmiş Mehdi mənə zəng edərək harada olduğumu soruşdu. Mən qoyun otardığımı bildirdim. Mehdi özünün uzaqda olduğunu, fermanın yandığını bildirərək ora getməyimi tapşırdı.
Çatmağa bir kilometr qalmış fermadan tüstü çıxdığını gördüm. Fermaya çatanda Mehdi əlində yaba ot preslərini ayırırdı. Yolun kənarına adamlar yığılmışdı. Yoldaşımın saçları dağınıq, sinəsi-başı açıq vəziyyətdə idi, tanımadığım adamlar ona su verirdi.
Nə olduğunu soruşduqda Sevda mənə hər şeyi danışdı. Mehdini öldürmək istədim. Onun olduğu yerə getdim. Lakin polsilər məni saxladılar, Mehdinin oldürməyimə imkan vermədilər. Əvvəllər Mehdidən belə hərəkətlərinə görə şübhələnmişəm. Lakin ona heç nə deməmişəm. Mehdidən şikayət etməməyə görə pul istəməmişəm və pul almamışam”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mehdi 7 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.