15 May 17:14
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Anar Məmmədli haqda seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən iclasda müvəkkilinin ev dustaqlığına və ya girov müqabilində azadlığa buraxılmasını istəyib.

Məhkəmə şikayəti əsassız sayaraq təmin etməyib.

Bundan başqa, “Abzas Media”nun direktor müavini Sevinc Vaqifqızının da ev dustaqlığına buraxılmaması qərarından verilmiş şikayətə baxılıb. Həmin şikayət də rədd edilib.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər