Sevgililər günü öldürülən qadının killer olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Adana şəhərində öldürülən İpək Akgülün özünün killer olduğu aşkarlanıb.
İ.Akgül sevgilisi Yaşar Bulut tərəfindən öldürülərək bağda basdırılıb. Cinayət işi üzrə aparılan aradırmalar nəticəsində məlum olub ki, İpək Akgül öldürülmədən öncə döyülüb. Ekspertiza rəyində İ.Akgülün qolunun və qabırğasının qırıldığı və bədəninin müxtəlif yerlərindən güllələndiyi məlum olub.
Polislərin araşdırması zamanı o da məlum olub ki, İpək Akgül ölümündən 3 gün öncə İzmir şəhərində başqa birini hamamda güllələyib. Xöşbəxtlikdən həmin şəxs sağ qalıb.
"İnternetdə tanış olduq, yaxınlaşdıq və evimdə görüşdük. Duş qəbul edərkən səbəbsiz yerə məni vurdu", deyə zərərçəkmiş bildirib.