21 İyul 19:33
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitabxana işçisini bıçaqlayaraq öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən qadın 43 il sonra bəraət alaraq azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, ABŞ vətəndaşı Sandra Hemme həbs ediləndə 20 yaşı olub.

1980-ci ildə Sandra Hemmeyə əvvəlcə ölüm cəzası təyin edilib. Daha sonra ölüm hökmü ömürlük həbslə əvəz edilib. Hazırda 64 yaşında olan Hemme ABŞ tarixində ən uzun müddət haqsız yerə həbsdə saxlanılan məhbusdur.

Qeyd edək ki, 43 il sonra keçirilən məhkəmədə cinayəti keçmiş polisin törətdiyi aydın olub. Həmin polisin də hadisədən bir müddət sonra başqa cinayətə görə həbs edildiyi və türmədə öldüyü bilinib.


Müəllif: Arzu

Oxşar xəbərlər