30 İyul 23:25
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın vergi polisi rusiyalı iş adamı Aleksey Fedoriçovun aktivlərinə həbs qoyub .

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, ümumillikdə iş adamının 44,4 milyon dollarlıq əmlakına həbs qoyulub.

Həbs qoyulan əmlaklar arasında Toskana paytaxtında tarixi Torro del Gallo qalası da var .

Məlumata görə, aktivlərə Kiyevin müraciətindən sonra həbs qoyulub .

Fedoriçov İtaliyada kənd təsərrüfatı məhsullarının marketinqi ilə məşğul olur. O, Ukrayna dövlət şirkətinə qarşı dələduzluqda ittiham olunur. İş adamı həmçinin dövlət məmurlarına rüşvət verməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Rusiyalı maqnatın dövlətə və şirkətlərə vurduğu ziyan 6 milyon dollar dəyərində qiymətləndirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər