31 Oktyabr 15:26
261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərəçəkən tərəfin Ağadadaş Ağayev barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbir ilə əvəz olunması ilə bağlı vəsatəti təmin olunmayıb.

Cinayət işində “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov zərərçəkən şəxs kimi tanınıb.

Təqsirləndirilən Ağadadaş Ağayev məhkəməyə gəlməyib. O, səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməyə teleqram göndərib.

Növbəti proses 14 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər