1 Mart 2015 19:37
599

Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Bu gün saat 17:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili yolun hərəkət hissəsində aşıb.

Teleqraf.com Kəpəz TV-yə istinadan məlumat verir ki, ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb.

Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb.


Müəllif: