Abşeron rayonunda aptekə basqın edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.
Məlumata görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Xırdalan şəhəri, 28-ci məhəllə Nizami küçəsi 1-ci zonada yerləşən və mühafizə olunan, Sənan Sultanova məxsus “Sima.F” aptek məntəqəsinə basqın edilib. Mühafizə Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlanılarkən obyektin arxa pəncərəsinin dəmir barmaqliqlarınin sındırıldığını aşkar edilib.
Aptekdən oğurluğa cəhd edən Xirdalan şəhər sakini, 1973-cü il təvəllüdlü Yaqubxanov Gərayxan Yaqubxan oğlu saxlanılıb. O, Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Hadisə yerindən dəmir barmaqlığın sındırılmasında və plastik pəncərənin açılmasında istifadə olunan balta maddi subut kimi götürülüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov