Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Xaçmaz Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun mərkəzində, Nəriman Nərimanov küçəsi, 70 saylı ünvanda qeydə alınıb.
Xaçmaz rayon sakini, 1993-cü il təvəllüdlü Elşad Muradov özünü işlədiyi bərbərxanada asaraq ölüb.
Onun asılmış meyitini aşkar edənlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə gələn prokurorluq və polis əməkdaşları Elşad Muradovun cibindən məktub tapıblar. Əsəb xəstəliyindən əziyyət çəkən Elşad Muradov intihara əl atmasına görə, bacısı və sevgilisindən üzr istəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov