29 Mart 2015 17:43
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu ərazisində faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Səbinə Misirova evində dəm qazından zəhərlənərək ölüb.

Daha bir hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. Faid Kiçibəyov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hacı Zeynalov


Müəllif: