1 Aprel 2015 12:31
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakıda baş verən ağır qəza ilə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nzirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 1-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb. Cəbrayıl rayon sakini Xəyyam Quliyevin idarə etdiyi “Kamaz”, Bakı şəhər sakinləri Zamirə Məmmədovanın idarə etdiyi “Chevrolet”, Elnur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Təranə Əsgərovanın idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşublar.

Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Quliyev orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər