Binəqədi polisi martın 10-da Şirazi İsgəndərova məxsus “Mercedes” markalı avtomobildən sənəd oğurlayan Sabirabad rayon sakini Pərviz Hüseynlini həbs edib.
Teleqraf.com xəbər verir ki, onun ətrafında aparılmış əməliyyat zamanı daha bir neçə cinayətinin üstü aşılıb.
Onun Bəhram Əhmədova, Akif Quliyevə, Elşən Cəfərova, Məhərrəm Hüseynova, Qorxmaz Əliyevə məxsus avtomobillərdən, habelə Hicran Şahsuvarovaya məxsus gözəllik salonundan və Elnur Əsədova məxsus çay evindən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov