9 Aprel 2015 13:22
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 13-15 yaşlı lal-kar olan oğlan aprelin 8-də saat 06 radələrində Xətai rayonunun Nəsirəddin Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.

Oğlan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılb və 35-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır, uşağın şəxsiyyəti müəyyənləşdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər